Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

Baxış sayı: 2. 228 dəfə baxılıb.

Rumıniya prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Əziz cənab prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.

Əziz cənab prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.

www.ÇıxışYolu.Com