Rumıniya Rusiyaya məxsus tank və ZTR-ləri ələ keçirdi

Baxış sayı: 2. 518 dəfə baxılıb.

Rumıniya Rusiyaya məxsus tank və ZTR-ləri ələ keçirdi

Rusiyadan Serbiyaya gedən zirehli hərbi texnika Rumıniya tərəfindən müsadirə edilib.

Bu barədə “Lenta.ru” xəbər yayıb.

Bildirilib ki, üzərində “T-72B3” markalı 30 tank və bir o qədər “BDRM-2” markalı zirehli transportyor (ZTR) olan nəqliyyat vasitəsi Dunay çayının Rumıniya ərazisindən keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və texnika müsadirə edilib.

Hələlik rəsmi orqanlar saxlanılmanın səbəbləri haqqında açıqlama verməyib.

TASS-ın məlumatına görə, buna səbəb daşınma zamanı lisenziya qaydalarının pozulması ola bilər və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına dəxli yoxdur.

Rəsmi Belqrad isə iddia edir ki, Rumıniya bu qərarla beynəlxalq daşıma qaydalarını kəskin şəkildə pozur.

Digər varianta görə isə hərbi texnikanın həbsi birbaşa NATO tərəfindən verilmiş göstərişdir.

Qeyd edək ki, Rumıniya mətbuatı bütün bu hərbi ləvazimatın Rusiya tərəfindən Serbiyaya pulsuz verildiyini, 2016-cı ildə “MİQ-29” qırıcı təyyarələrinin də eyni qaydada bu ölkəyə göndərildiyini yazıb.