Rumıniya mətbuatı Qazaxıstanın “Astana” futbol klubunu Azərbaycan komandası kimi təqdim edib.
UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin birinci raundunun “ÇFR Kluj” (Rumıniya) – “Astana” arasında keçiriləcək cavab oyununun yayımı haqqında məlumat verən yerli idman verilişində qonaq komanda Azərbaycan təmsilçisi kimi göstərilib:
“İki və daha çox top fərqi ilə istənilən qələbə Rumıniya komandasını növbəti mərhələyə çıxaracaq. Bu cütlüyün qalibi “Makkabi” (Təl-Əviv) ilə görüşəcək. Azərbaycanlılar (!) bir qol vursa, bir top fərqi ilə üstünlük belə, “Kluj”un növbəti mərhələyə çıxmasına imkan verməyəcək”.
Qeyd edək ki, “ÇFR Kluj” – “Astana” oyunu bu gün saat 22:00-da keçiriləcək. İlk qarşılaşma “Astana”nın minimal hesablı qələbəsi ilə başa çatıb.