Rumıniyanın “Baş naziri: Azərbaycanla ümumi layihələri dəstəkləməyə hazırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib.
“Report”un məlumatına görə, rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif
sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi
əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq
doğuran layihələri dəstəkləməyə hazır olduğunu bildirib.