60feb6b6-e4a5-46f9-bb32-3168a5f2157d..jpg

Rumıniyanın “Evrovision 2022” təmsçilçiliyinə real namizədin prodüsseri azərbaycanlıdır – FOTO/VİDEO

Baxış sayı: 2. 674 dəfə baxılıb.

Rumıniyanın “Evrovision 2022” təmsçilçiliyinə real namizədin prodüsseri
azərbaycanlıdır – FOTO/VİDEO

Bu il Rumıniyanı “Eurovision-2022” mahnı müsabiqəsində təmsil etmək üçün real
namizəd sayılan müğənni Seyaya azərbaycanlı prodüserlik edəcək.

Cixisyolu.com xəbər verir ki, rumıniyalı müğənninin prodüseri tanınmış azərbaycanlı
prodüser, hazırda Ukraynada yaşayan İdris Cəfərovdur.

İ.Cəfərov bildirib ki, müğənni “Save me” (“Məni qoru”) mahnısı ilə çıxış edir:

“Seya mahnısı ilə kifayət qədər populyarlıq qazanıb və Rumıniyanı təmsil
edəcək real namizəddir. Azərbaycanda baxış sayına görə rekord vuran “Chokolata”
mahnısı ilə populyar olan Seya daima Xocalı soyqırımına ədalət çağırışı ilə də
Avropada diqqət çəkib. Avropada kifayət qədər tanınan sənətçi 2020-ci ildə 44
günlük Vətən müharibəsi zamanı ictimai fəallığı ilə Azərbaycana aktiv dəstəyilə
də tanınıb”.

Qeyd edək ki, “Eurovision-2022” mahnı müsabiqəsi bu il İtaliyada keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildən Ukraynada yaşayan İdris Cəfərov Azərbaycanda bir
çox telelayihələrin müəllifi olub, tanınmış musiqiçilərlə çalışıb. O, hazırda
Şərqi Avropa ölkələrinin bir sıra musiqiçiləri ilə birgə layihələr həyata
keçirir.


Source link