Maddi sıxıntılar yaşayan Rusiyanın “Tosno” klubunun futbolçuları ölkə prezidenti Vladimir Putinə məktub yazmaq fikrindədir.
ÇıxışYolu.Com xəbər verir ki, oyunçular klubun 3-4 aydır ki, ödəmədiyi borclarını almaq üçün müxtəlif instansiya məhkəmələrə müraciət etməyi planlaşdırırlar.
Futbolçular maaşlarından əlavə, müqavilədə nəzərdə tutulmuş məskunlaşma xərclərini və Rusiya Kubokunda qələbəyə görə almalı olduqları pul mükafatlarını tələb edirlər. Ümumiyyətlə, komanda mövsüm ərzində cəmi iki dəfə premiya ala bilib.
Qeyd edək ki, “Tosno” maddi durumuna görə I divizionda çıxış etmək üçün lisenziya da ala bilməyib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com