Rus İcmasının rəhbəri Rusiyadakı seçkiləri izləyəcək

Rus İcmasının rəhbəri Rusiyadakı seçkiləri izləyəcək

Baxış sayı: 5. 874 dəfə baxılıb.

Milli Məclisin deputatı, Azərbaycan Rus İcması İctimai Birliyinin rəhbəri Mixail Zabelin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu gün Sankt-Peterburq şəhərinə səfər edəcək.

ÇıxışYolu.Com-ın xəbərinə görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcək.

Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaqlar.

Seçki günü missiya üzvləri prosesin gedişatına, vətəndaşların fəallığına nəzər yetirəcəklər.

Səfər martın 19-da başa çatacaq.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com