Rusiya Britaniya hökumətinin rusiyalı diplomatları qovması qərarına cavab olaraq 50 Britaniya diplomatik missiya əməkdaşını ölkədən xaric etmək niyyətindədir.
ÇıxışYolu.Com “TASS” istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
“Rusiya və Britaniya diplomatları arasında fərq 50 nəfərdən çoxdur” deyə Zaxarova bildirib.
Bundan əvvəl Rusiya XİN-i “Skripal işi” qalmaqalı fonunda Moskvalı diplomatlara qarşı qəbul olunmuş ölçülərə “güzgü effektli” cavabın veriləcəyini bildirmişdi.
Zaxarovanın sözlərinə görə, Qərb dövlətləri “tammiqyaslı və açıq-aydın rusofobiya kampaniyasına” başlayıb.