Rusiya prezidneti Vladimir Putin hökumət rəhbərinə düşmən xarici dövlət və təşkilatlarla beynəlxalq əməkdaşlığı qadağan etmək və ya dayandırmaq səlahiyyətləri verən kontrsanksiyalarla bağlı qanunu imzalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, həmin sənəd hökumətin rəsmi saytında dərc edilib.
Qanun layihəsinin ikinci bəndində məhdudiyyətlərin əcnəbilərin iştirak etdiyi Rusiya şirkət və banklarına aid edilməsi hissəsi çıxarılıb. Bundan başqa, qadağalar həyati vacib mallara və dərmanlara aid edilməyəcək.
ABŞ və onun tərəfdaşlarının sanksiyaların cavab olan qanun mayın 22-də Rusiya Dövlət Dumasında qəbul edilib.