BMT TŞ-da Rusiya və ABŞ-ın qətnamələri qəbul olunmadı – YENİLƏNİB

BMT TŞ-da Rusiya və ABŞ-ın qətnamələri qəbul olunmadı – YENİLƏNİB

Baxış sayı: 3. 013 dəfə baxılıb.

Nyu-Yorkda BMT TŞ-nın iclasında Rusiyanın “Suriyada kiməyəvi hücumların araşdırılması ilə bağlı yeni mexanizmin fəaliyyəti” haqqında qətnamə layihəsi qəbul olunmayıb.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamə layihəsi  qəbul olunması üçün tələb olunan doqquz səs toplaya bilməyib.  

RF-nın sənədini yalnız altı dövlət, o cümlədən, Rusiyanın özü və müttəfiqi Çin dəstəkləyib. Sənədin əleyhinə yeddi ölkə çıxıb. İki üzv dövlət bitərəf qalıb.

Xatırladaq ki, bundan əvvəl  (həmin gün) Rusiya ABŞ-ın anoloji qətnamə layihəsinin qəbul olunmasına əngəl olmuşdu.

00:54

BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda Rusiya ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması ilə bağlı yeni mexanizmin yaradılması haqqında qanun layihəsinin qəbul olunmasına əngəl olub.

ÇıxışYolu.Com xəbər verir ki,  sənədin leyhinə Şuranın 12 üzvü səs verib. Rusiya (daimi üzv)  və Boliviya qətnamə layihəsinə qarşı çıxıb. Digər daimi üzv Çin isə bitərəf qalmağa üstünlük verib.

ABŞ-ın təqdim etdiyi sənəddə deyilir ki,  BMT –nin yeni missiyasının hazırladığı hesabatın təhlil edilməsindən sonra Təhlükəsizlik Şurası  (Suriyada olan kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi və onların məhv edilməsi haqqında ) 2118 saylı qətnamənin tələblərinin pozulduğunu bəyan etməlidir. 

Vaşinqton eyni zamanda Şuranı BMT nizamnaməsinin VII fəslində nəzərdə tutulan, dünyaya təhdid olan hallarda atılması tələb olunan addımları atmağa çağırıb.

.
www.ÇıxışYolu.Com