Rusiyada 71 nəfərin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar An-148 tipli sərnişin təyyarələrinin Rusiya Hava Yolları şirkətləri tərəfindən istifadəsi qadağan edilib.
ÇıxışYolu.Com xəbər verir ki, Rusiya Federal Çatdırılma Qurumunun rəhbəri Viktor Basargin An-148 tipli təyyarələrin istifadəsinə son verilməsi üçün Rusiya Hava Yolları şirkətlərinə təlimat göndərildiyini açıqlayıb.
Təyyarənin aid olduğu Saratov Hava Limanı da uçuşları 27 aprelə qədər dayandırıb.