Rusiya atom sualtı qayığından raket atdı - VİDEO

Rusiya atom sualtı qayığından raket atdı – VİDEO

Baxış sayı: 2. 955 dəfə baxılıb.

Rusiya Müdafiə Nazirliyi “YouTube” kanalında “Yuri Dolqorukiy” atom sualtı qayığından dörd ədəd “Bulava” ballistik raketinin buraxılışının əks olunduğu görüntüləri yayımlayıb.

ÇıxışYolu.Com bununla bağlı Lenta.ru nəşrinə istinadla məlumat yayır.

Bundan başqa, üç dəqiqəlik videoda qayığın sualtı vəziyyətə keçməsi, ekipajın hazırlanması və dörd raketin buraxılması əks olunub.

Raketlər Ağ dənizin akvatoriyasından Kamçatkadakı Kura poliqonuna buraxılıb. Şimal donanmasının nümayəndələri bildiriblər ki, sualtı qayıqdan bu tipli raketlərin buraxılışı ilk dəfə həyata keçirilib. 

www.ÇıxışYolu.Com