Rusiyanın Penza vilayətində 50 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
“Penzavzglyad.ru” saytının məlumatına görə, adı açıqlanmayan azərbaycanlı kişi 2014-cü ildə axtarışda olub. Onun Azərbaycanda dələduzluqda ittiham olunduğu bildirilir.
Həmin şəxs Penza vilayətinin DİN əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya olunub.