Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600
MVt həcmində elektrik enerjisi idxal etmək üçün sorğu göndərib.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bunu “İnter RAO”nun idarə heyətinin
üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə
bildirib.
“Bəli, biz iki ölkəndən soruşduq: Azərbaycan və Gürcüstana tədarük imkanı ilə
bağlı sorğu göndərdik. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə
vəziyyətlərdə iki qonşu enerji sisteminin imkanlarını araşdırırıq. Əgər
fövqəladə vəziyyət yaranarsa, o zaman biz sistem operatorunun xahişi ilə iki
enerji sisteminə – Gürcüstan və Azərbaycana müraciət etmək istərdik ki, bizə
hər biri 300 MVt enerji təmin etməyə hazır olsunlar”, – Panina qeyd edib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.