Rusiya azərbaycanlıları bəyanat yaydı: Xarici qüvvələrin təxribatıdır

Rusiya azərbaycanlıları bəyanat yaydı: Xarici qüvvələrin təxribatıdır

Baxış sayı: 4. 835 dəfə baxılıb.

Rusiya azərbaycanlıları bəyanat yaydı: Xarici qüvvələrin təxribatıdır

Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlər ilə azərbaycanlılar arasında baş verən təxribat ilə bağlı bəyanat yayıblar.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq”-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub.