37f73f70-b5e2-4b4a-b796-3f984cb81ef9..jpg

Rusiya bir ildən artıqdır ukraynalı jurnalisti əsir saxlayır – FOTO

Baxış sayı: 2. 791 dəfə baxılıb.

Rusiya bir ildən artıqdır ukraynalı jurnalisti əsir saxlayır – FOTO

Ukraynanın UNIAN resursunun jurnalisti Dmitri Xilyuk bir ildən artıqdır ki,
Rusiya əsirliyindədir.

Onun rəsmi statusu hərbi əsir deyil, mülki girovdur. Məhz bu səbəbdən,
jurnalistin mübadiləsi müşkülə çevrilib. Ötən il boyu rəsmi Kiyev Hilyukun
azadlığa buraxılacağına ümid edərək jurnalistlərdən onun haqqında material
hazırlamamağı xahiş etmişdi, indi isə vəziyyət əksinədir.

Dmitrinin atası Vasili jurnalistlərə oğlunun buryatlar tərəfindən əsir
götürüldüyünü deyib. O, atası ilə birgə ələ keçsə də, sonradan qoca sərbəst
buraxılıb.

UNİAN-ın baş redaktoru Mixail Qannitskinin sözlərinə görə, rusiyalı hərbçilər
Dmitrini səngər qazmağa məcbur ediblər. Onun jurnalist olduğunu qarşı tərədin
bilib-bilməməsi dəqiq məlum deyil. Ancaq Rusiya ordusu onu hələ də hardasa
saxlayır və buraxmaq istəmir.

“Rusiya tərəfi Dmitri və bir neçə başqa şəxslə bağlı heç vaxt vədini yerinə
yetirməyib. Onlar axşam üçün siyahıları razılaşdırırlar, lakin səhər mübadiləyə
gətirmirlər”, – Qanitski deyib.

Dmitri Xilyuk və onun kimilərin rəsmi statusu mülki girovlardır. İl ərzində
təxminən 2500 nəfər, o cümlədən yüzdən bir qədər çox mülki şəxs azad edilib.
Doğrudan da, beynəlxalq hüquqa görə, onları hərbçilərə dəyişmək mümkün deyil və
Moskva bunu bəhanə edərək mülki şəxsləri buraxmaq istəmir.

Ötən il Rusiya koloniyalarından birindən Dmitri Xilyukdan çox qısa, cəmi üç
cümləlik məktub gəlib. Bu qeyd onun sağ olduğunu təsdiqləyir. “Əziz anam və
atam, mən sağam. Yaxşıyam. Dima”, – məktubda deyilir.

Dmitrinin müharibə nəticəsində dağıdılmış evi artıq dostları, həmkarları və
ictimaiyyət tərəfindən yenidən tikilib. Hilyukun yaşlı valideynlərinə indi
həmkarı Tatyana Polyakovskaya baxır. Qocalar övladlarının yolunu səbirsizliklə
gözləyirlər.

Mənbə: Unian

Source link