Suriyaya hücumu ən sərt şəkildə qınayırıq. ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.
ÇıxışYolu.Com xəbər verir ki, Suriyadakı əməliyyatlar barədə danışarkən Rusiya prezidenti Vladimir Putin deyib.
O vurğulayıb ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının fövqəladə iclasını çağıracq və məsələyə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsini istəyəcək.