Rusiyanın Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin 23 diplomatik işçisini “persona non-qrata” elan edib və Rusiyanı tərk etmələri üçün bir həftə vaxt verib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.
Nazirliyin məlumatında deyilir ki, “Böyük Britaniyanın Moskvadakı səfirliyinin 23 diplomatik işçisi “persona non-qrata” elan olunur və həftə ərzində geri göndərilir”.
XİN-də qeyd ediblər ki, bu Britaniya tərəfinin təxribat xarakterli hərəkətlərinə və martın 4-də Solsberi şəhərində baş vermiş hadisə ilə (Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi) bağlı (Böyük Britaniya) Rusiya Federasiyasını əsassız ittiham etməsinə cavab tədbiridir”.