Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb

Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb

Baxış sayı: 2. 963 dəfə baxılıb.

Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb

Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.

Ufa1-in məlumatına əsasən, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb.

“Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu”, – deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar.