Rusiya cinayətkar qruplaşmasının lideri Şamil Əmirov İstanbulda tutuldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayətkar
təşkilatının mavi bülletenlə axtarışda olan liderlərindən biri Şamil Əmirov
İstanbulda keçirilən “Qəfəs-15” əməliyyatı çərçivəsində tutulub.
Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
O bildiirb ki, beynəlxalq və milli mütəşəkkil cinayət ünsürləri və “zəhər”
tacirləri ilə mübarizə getdikcə daha şiddətlə davam edəcək.
“Onların nəfəsini kəsəcəyik”, – nazir vurğulayıb.
🟦Mavi Bülten’le aranan ve #Rusya
gösteren “Thieves in Law” Organize Suç Örgütü Yöneticilerinden “Shamil AMIROV”
İstanbul’da yapılan “KAFES-15” Operasyonuyla yakalandı❗️
Uluslararası ve ulusal organize suç odaklarıyla, zehir tacirleriyle
mücadelemiz artarak devam…pic.twitter.com/KWX2b3yWPC
— Ali Yerlikaya (@AliYerlikaya) December 3, 2023