Rusiya diplomatı BMT-də amerikalı həmkarını danladı

Rusiya diplomatı BMT-də amerikalı həmkarını danladı

Baxış sayı: 8. 895 dəfə baxılıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya amerikalı həmkarı Nikki Heylidən ölkəsindəki hakimiyyəti rejim adlandırmamağa çağırıb.

Bu barədə ÇıxışYolu.Com RİA Novosti-yə istinadən xəbrə veri.

“Daimi nümayəndə Heylinin diqqətinə çatdırmaq istəyirəm ki, Rusiyada rejim deyil, qanuni seçilmiş prezident və təyin olunmuş hökumət var. Mən Amerika nümayəndə heyətindən gələcəkdə ən bəsit dipliomatik hərəkətlərə səsləyirəm.

Yeri gəlmişkən, Suriyada da qanuni hökumət var, kim bəyənmirsə bunu özü bilər”, – deyə, Nebenzya amerikalı daimi nümayəndənin “Kim, Əsəd və Putin rejimləri“ haqqında bəyanatını şərh edib.

A.B.
www.ÇıxışYolu.Com