Rusiya erməni deputatlara qarşı sanksiyalar tətbiq edə bilər
“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq
edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi
ehtimalı istisna edilmir”.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci
müavini Aleksey Çepa deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi
altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də
məsuliyyət daşıyırlar”, – deputat bildirib.
Xatırladaq ki, bu gün Ermənistan BCM-nin Roma Statutunu rəsmən ratifikasiya
edib.
Mənbə: glavny.tv