0eaa8643-8e73-4d68-ae22-3e6675015ca8..jpg

“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” – ŞƏRH + VİDEO

Baxış sayı: 653 dəfə baxılıb.

“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” – ŞƏRH + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın anti-Rusiya mövqeyi özünün ən yüksək mərhələsinə çatıb.

Təbii ki, bu addımların arxasında Qərbin dayandığı sirr deyil. Halbuki
Ermənistan Rusiyanın azsaylı müttəfiqlərindən biridir və İrəvanın Moskvadan
kritik şəkildə asılılığı var. Buna misal olaraq, 51 faiz iqtisadi asılılığı, 90
faiz strateji məhsulların asılılığını, 80 faiz pul köçürmələri və
investisiyalardakı asılılığı göstərmək olar.

Rusiya dolayısı ilə Ermənistanı tam olaraq idarə edir və bu ölkəni
cəzalandırmaq üçün bütün mümkün variantlara malikdir. Görünən mənzərə isə budur
ki, Ermənistan hər keçən gün öz sonunu daha da yaxınlaşdırır.

Politoloq Azad Məsiyev Ermənistanın hazırkı mövqeyini Baku TV-yə şərh edib.

O bildirib ki, Rusiyanın iqtisadi-siyasi baxımdan Ermənistana təsir rıçaqları
çox genişdir:

“Coğrafi baxımdan da Ermənistanın birbaşa dünya bazarlarına çıxacaq sərhədləri
yoxdur. Ermənistanın idxal-ixrac əməliyyatı Rusiya bazarına bağlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin əlində alətə çevrilib. Bu isə
Cənubi Qafqazda stabilliyin pozulmasına səbəb ola bilər. Hesab edirəm ki,
Ermənistan bu məsələdə ehtiyatlı davranmalıdır. Çünki Rusiya bunu
bağışlamayacaq. Əlində olan iqtisadi-siyasi imkanlardan istifadə edərək
Ermənistan rəhbərliyini diz üstə çökdürəcək”.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Ermənistanın Rusiyanı Qərbə
dəyişməsi hələlik qeyri-mümkündür. Lakin İrəvan Moskvanı qəzəbləndirməyə davam
etsə, Şimaldan əsən küləyin gec-tez özünü göstərməsi də istisna deyil.
Zərərçəkən isə həmişə olduğu kimi, yenə də erməni xalqı olacaq.

Ətraflı süjetdə:


Source link