Rusiya 2018-ci ildə yeni 100 milyon dollarlıq müqavilə ilə Ermənistana silah tədarük etməyə başlayacaq.
ÇıxışYolu.Com-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ArmHiTec sərgisində jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov deyib.
“Yeni silah və hərbi texnikanın tədarükü 2018-ci ildə nəzərdə tutulub”, – V.Drojjov deyib.
Kredit üzrə müvafiq müqavilə 2017-ci ilin oktyabrın 24-də imzalanıb. Razılığı əsasən Ermənistana Rusiya istehsalı olan hərbi texnika və silah tədarük ediləcək. Kredit illik 3%lə 15 il müddətinə verilib. Müqaviləyə görə, Yerevan kredit vəsaitindən 2018-2022-ci illər ərzində istifadə etməlidir.