Rusiya ordunun yenidən silahlandırılması proqramı çərçivəsində Ermənistandakı hərbi bazasını “Kasta-2-1” radiolokasiya stansiyası (RLS) göndərib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Zvezda” məlumat yayıb.
Alçaq hündürlüklü səyyar “Kasta-2-1” RLS-i hava hücumundan müdafiə sistemlərinin, sərhəd nəzarət sistemlərinin, çevik reaksiya qüvvələrinin informasiya təminatı məqsədi ilə, həmçinin mülki aviasiyanın marşrutlarının idarə olunması sistemləri üçün istifadə oluna bilər.
“Kasta-2-1” RLS-i uçuş məsafəsini, azimutunu ölçə, aşağı yüksəkliklərdə uçan təyyarələrin, helikopterlərin, pilotsuz uçan aparatların, qanadlı raketlərin dövlət mənsubiyyətini müəyyən edə bilir.
“Kasta-2-1” RLS-nın dağlıq və yüksək dağlıq rayonlarda,dəniz səviyyəsindən 1,5 min kilometr yüksəklikdə tətbiqi daha effektivdir. Stansiya + 50 dərəcədən aşağı temperatur, 98 faizə qədər rütubət və 25 metr/saniyəyə qədər sürəti olan küləkli hava şəraitində istismara yararlıdır.