Rusiya Federasiyasından Yuxarı Lars vasitəsilə Gürcüstana gedən yol müvəqqəti
bağlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyadan Gürcüstana Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən keçən yol
bütün növ nəqliyyat vasitələri üçün bağlıdır.
Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi
Vaan Akopyan məlumat verib.
“Gürcüstan Sərhəd Departamentinin tələbi ilə “Dəryal” keçid məntəqəsində
informasiya sistemindəki nasazlıq səbəbindən 7 dekabr 2023-cü il saat 22:20-dən
xüsusi sərəncam verilənədək “Vladiqafqaz şəhəri – Lars” hissəsində bütün növ
avtonəqliyyat vasitələrinin Rusiya Federasiyasından çıxış istiqamətində
hərəkəti qadağan edilib”, – məlumatda qeyd olunub.
Mənbə: Sputnik Armenia