Rusiya Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə (HHM) qurğularında ilk dəfə süni intellekt vasitəsilə avtomatlaşdırılmış idarəetmə sistemini sınaqdan keçiriblər.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İzvestiya” nəşri Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.
Hazırkı dövrdə hər bir zenit-raket sisteminin və radiolokasiya kompleklərinin özünün idarəetmə sistemi var. Yeni avtomatlaşdırılmış idarəetmə sisteminin silahlanmaya daxil olmasından sonra HHM qüvvələri komanda məntəqələrində mərhələni təhlil etmədən real vaxt rejimində vəziyyətin dəyişməsinə reaksiya verə biləcəklər.
Bu, modern təyyarələrinin sürətinə və hava hücumunun sıxlığına görə çox vacibdir.
Yeni sistemlər qərar qəbul olunmasını sürətləndirməyə yardım edəcək.