Rusiya hokkeyçiləri Olimpiadanın qalibi oldular

Rusiya hokkeyçiləri Olimpiadanın qalibi oldular

Baxış sayı: 8. 416 dəfə baxılıb.

Rusiyanın yığması Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Olimpiadanın hokkey üzrə final matçında almanları məğlub edib.

ÇıxışYolu.Com xəbər verir ki, görüş fevralın 25-də keçirilib və 4:3 hesabı ilə Rusiya komandasının xeyrinə başa çatıb.

Rusiya yığması tarixində ilk dəfə Olimpiadanın qızıl medallarını qazanıb.

Bu, Rusiya millisinin Olimpiadada ikinci qızıl medalı olub.

İndiyədək bu ölkənin ən yüksək göstəricisi 1998-ci ildə Naqanoda keçirilən Oyunlarda qazandığı gümüş medallar olub.

Sonuncu dəfə rusiyalı hokkeyçilər 1992-ci ildə Albervildə Olimpiya çempionu olub, lakin o zaman komanda MDB yığması kimi çıxış edib.

Qeyd edək ki, hokkey yarışlarında III yeri isə Kanada millisi tutub. Onlar dünən Çexiya millisinə 6:4 hesabı ilə qalib gəliblər.

www.ÇıxışYolu.Com