Rusiya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının iqtisadi inkişaf
naziri Maksim Reşetnikovla görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Rusiya ilə
iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Ölkələrimiz arasında
imzalanmış 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə
genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığı qeyd olunub. Bildirilib ki,
Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət
dövriyyəsi dinamik artır. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi
təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə ötən il
qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. Rusiya ilə iqtisadi əlaqələrin
güclənməsi fonunda ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri
də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması
ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.
Qeyd olunub ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları biznes
dairələri arasında qarşılıqlı faydalı işbirliyinin qurulmasında mühüm
platformadır. Ölkəmizdə yaradılmış inklüziv biznes mühiti barədə məlumat
verilib. Qeyd olunub ki, sahibkarlar sənaye zonaları, Ələt azad iqtisadi
zonası, işğaldan azad edilmiş ərazilərimizdə təklif olunan biznes imkanlarından
yararlana bilərlər. Diqqətə çatdırılıb ki, Rusiya ilə ticarət, nəqliyyat,
sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər
istiqamətlər üzrə tərəfdaşlığın inkişafı üçün böyük potensial var.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanla
iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən qarşılıqlı ticarətin artan
tendensiyası, birgə istehsal və digər sahələr üzrə səmərəli əməkaşlığa dair
göstəriciləri müsbət qiymətləndirib. Vurğulanıb ki, qeyri-neft sənayesi üzrə
birgə layihələr uğurla həyata keçirilir. Nümayəndə heyətləri arasında mütəmadi
olaraq keçirilən görüşlərin və tədbirlərin əlaqələrin möhkəmləndirilməsində
mühüm rol oynadığı qeyd edilib. Maksim Reşetnikov tərəfdaşlığın inkişaf
etdirilməsi imkanları və bu sahədə təşəbbüslər haqqında düşüncələrini bölüşüb.
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə
Yol Xəritəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər ticarət,
nəqliyyat, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq
üçün yeni sahələrin müəyyənləşdirilməsi və digər məsələlər haqqında müzakirələr
aparıblar.
14:08
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf
naziri Maksim Reşetnikovla görüşüb.
Bu barədə M.Cabbarov “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə iqtisadi sahədə birgə fəaliyyətlə bağlı məsələlər
müzakirə edilib.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyimiz görüşdə
#iqtisadi
sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə etdik:
– İkitərəfli #ticarət
dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi;
– #Nəqliyyat
infrastruktur…pic.twitter.com/STAlBBIXiQ
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 7, 2024