2c53486b-89b4-463d-97ef-50a34d7f67e2..jpg

Rusiya İrəvan və Bakını danışıqları bərpa etməyə çağırdı – VİDEO

Baxış sayı: 887 dəfə baxılıb.

Rusiya İrəvan və Bakını danışıqları bərpa etməyə çağırdı – VİDEO

Rusiya İrəvan və Bakını danışıqları bərpa etməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
həftəlik brifinqdə news.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını
cavablandırarkən bildirib.

“Sülh prosesinin alternativi yoxdur. Bu məsələdə qətiyyətliyik və mövqeyimizi
bir daha təsdiqləyirik”, – deyə o vurğulayıb.

Zaxarova, həmçinin Rusiyanın Azərbaycan və Ermənistanın nəqliyyat
kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin
hazırlanması, parlamentarilərin görüşlərinin keçirilməsi və s. məsələlər daxil
olmaqla bütün istiqamətlər üzrə danışıqların bərpasının tərəfdarı olduğunu
vurğulayıb.

Regional əməkdaşlığın inkişafını da şərh edən Zaxarova qeyd edib ki, Moskva
Rusiya-Azərbaycan-İran formatına böyük önəm verir. Onun sözlərinə görə, bu
format artıq iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında qarşılıqlı
fəaliyyət və birgə layihələrin həyata keçirilməsi üçün effektiv platforma kimi
özünü təsdiqləyib.


Source link