İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bəyan edib ki, Rusiya və Türkiyə nümayəndələri ilə görüş zamanı ticarət əməliyyatlarında dollar əvəzinə yerli valyutadan istifadə imkanları müzakirə olunub.
ÇıxışYolu.Com “Tehran Times”a istinadla xəbər verir ki, görüş zamanı həmçinin dolların “üç ölkə iqtisadiyyatına və ticarətinə təsirinin” aradan qaldırılması məqsədi ilə milli valyutaların qarşılıqlı mübadiləsinin mümkünlüyü də nəzərdən keçirilib. Eyni zamanda ticarət və iqtisadi əlaqələrinin genişlənməsi də müzakirə mövzusu olub.
Himməti əlavə edib ki, bu istiqamətdə atılacaq növbəti addımlar Rusiya Mərkəzi Bankının sədri ilə Moskvada müzakirə olunacaq.