Rusiya “İsgəndər-M”i sınaqdan keçirdi – VİDEO

Rusiya “İsgəndər-M”i sınaqdan keçirdi – VİDEO

Baxış sayı: 8. 338 dəfə baxılıb.

Rusiyanın raket qoşunlarının hərbçiləri “İsgəndər M” raketinin döyüş atışını icra ediblər.

ÇıxışYolu.Com Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buraxılış Kapustin Yar poliqonunda gerçəkləşdirilib.

Məlumatda qeyd olunur ki, raket 100 km uzaqlıqda yerləşən hədəfə buraxılıb. Ballistik raket hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi Maşınqayırma konstruktor Bürosu tərəfindən 1990-cı illərdə hazırlanıb və 2006-cı ildən istifadə edilir. “İskəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı daşıya bilir. 

“İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. 

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. 

“İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

.
www.ÇıxışYolu.Com