Rusiya İsveçə nota verib
Rusiyanın İsveçdəki səfirliyi bu ölkənin şimalındakı Karlsvik rayonunda sovet
əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı ilə əlaqədar
rəsmi Stokholma nota verib.
Bu barədə diplomatik missiya “Telegram” kanalında məlumat yayıb.
“Abidənin ilkin görkəminə qaytarılması, hadisənin araşdırılması, günahkarların
tapılıb cəzalandırılması, İsveçdə sovet dönəminin hərbi məzarlarının
təhlükəsizliyinin təmin edilməsini tələb edirik”, – deyə İsveç Xarici İşlər
Nazirliyinə ünvanlanan etiraz notasında qeyd olunub.