Rusiyanın “Krılya Sovetov” klubu azərbaycanlı futbolçuları ilə yeni müqavilə bağlayacaq.
“Reytinq Bukmekerov”un xəbərinə görə, futbolçu karyerasını bitirməyə çalışan 34 yaşlı Aleksandr Səmədova, eləcə də millimizin hücumçusu Ramil Şeydayev və Maksim Kanunnikova yeni müqavilə təklif etməyə hazırlaşır.
Samara klubunun inkişaf üzrə direktoru Aleksandr Şikunov da açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, bu məsələlərə mövsümün sonunda – mayın sonunda baxacaqlarını söyləyib.
Qeyd edək ki, həm Ramil Şeydayevin, həm də Aleksandr Səmədovun hazırkı müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Şeydayev cari mövsüm Rusiya Premyer Liqasında 15 oyunda dörd qol vurub.
Səbuhi MUSAYEV