Rusiya klubu “Qarabağ”ı keçdi

Rusiya klubu “Qarabağ”ı keçdi

Baxış sayı: 3. 567 dəfə baxılıb.

Avrokubokların 2018-ci il üçün ikinci oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, keçirilən 20 qarşılaşma son beş mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubu olan “Qarabağ”ın da mövqeyi dəyişib. Ağdam təmsilçisi bir pillə geriləyib. İlk “yüzlük”dəki yeganə təmsilçimizi indiyədək şəriki olduğu Moskva “Lokomotiv”i keçib. Rusiya klubu bu nəticəyə dünən Fransanın “Nitsa” komandası üzərində qazandığı qələbə ilə nail olub.

Lakin təmsilçimiz bu mövqeyini də itirə bilər. Çünki üç İspaniya klubu “Qarabağ”ı izləməkdə davam edir. “Betis”, “Selta” və “Real Sosyedad” cəmi 0,101 xal geridədir.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

İlk “onluq”

1. “Real” (İspaniya) – 150,000

2-3. “Barselona” (İspaniya) – 127,000

“Bayern” (Almaniya) – 127,000

4. “Atletiko” (İspaniya) – 126,000

5. “Yuventus” (İtaliya) – 121,000

6-7. PSJ (Fransa) – 109,000

“Sevilya” (İspaniya) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 99,000

9. “Borusia” (Dortmund, Almaniya) – 88,000

10. “Portu” (Portuqaliya) – 85,000

70-72. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” – 3,825

“Keşlə” – 3,825

“Zirə” – 3,825

“Kəpəz” – 3,825

“Xəzər Lənkəran” – 3,825

S.T.
www.ÇıxışYolu.Com