a934c365-08b6-4c9c-a3b8-cb29be9e4f61.jpg

Rusiya klubuna milyardlar ayrıldı

Baxış sayı: 38 dəfə baxılıb.

Son altı mövsümün hər birində qalib gələn Rusiyanın “Zenit” klubunun rəsmiləri
2024/25 mövsümü üçün 17 milyard rubl (309 milyon manat) vəsait ayırıblar.

Cixisyolu.com Championat.com-a istinadən xəbər verir ki, Rusiya klubunun rəsmiləri bu
məbləği artıra biləcəklərini də deyiblər.

Əlavə olaraq bildirilib ki, “Zenit” transferlər üçün dəqiq büdcə müəyyən etmək
niyyətində deyil. Bütün bahalı transferlər direktorlar şurası tərəfindən
müzakirə olunacaq və yalnız bundan sonra konkret futbolçunun alınması ilə bağlı
qərar veriləcək.

Xatırladaq ki, “Zenit” Rusiyanın hazırkı çempionu və ölkə kubokunun qalibidir.
Son 6 ildə “mavi-ağ-göylər” 6 dəfə Rusiya Premyer Liqasının qalibi olub, ötən
mövsüm son turda titul qazanıb. Sergey Semakın komandası hazırda RPL turnir
cədvəlində lider Krasnodardan bir xal geri qalaraq üçüncü yerdədir. Daxili
çempionatın növbəti oyununda “Zenit” “Orenburq”la qarşılaşacaq.

Source link