Rusiyanın “Sibir Novosibirsk” klubunun kapitanı Sergey Narılkov məşq zamanı
komanda yoldaşı Konstantin Popovun çənəsini sındırıb.
Cixisyolu.com Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə futbolçular arasında
mübahisə zamanı baş verib.
37 yaşlı futbolçu özündən 15 yaş kiçik olan Popovun çənəsini sındırıb. Gənc
oyunçu hadisədən sonra əməliyyat olunub.
Qeyd edək ki, “Sibir” hazırda II Liqanın A Divizionunda 10 komanda arasında
9-cu yerdədir.