Rusiya mediası azərbaycanlıların rus dilində milli koloritli replərindən bəhs edib

Rusiya mediası azərbaycanlıların rus dilində milli koloritli replərindən bəhs edib

Baxış sayı: 1. 903 dəfə baxılıb.

Postsovet məkanında məktəblərdə, universitetlərdə və rəsmi qurumlarda rus dili əvvəllər olduğu kimi tez-tez səslənmir.

Bununla belə, reperlər MDB məkanında müasir rus mədəniyyətini tanıdırlar.

Bu barədə “RİA Novosti” xəbər verib.

Agentlik rus dilində hip-hopun Azərbaycanda da populyarlığı barədə məlumat verib. Bildirilir ki, qonşu ölkələrdən reperlərin konserti mütəmadi təşkil edilsə də, HammAli & Navai duetinin Bakıda dekabr ayında keçiriləcək tədbirləri xüsusi həvəslə gözlənilir.

Qeyd edək ki, kollektivin iştirakçıları Aleksandr Əliyev və Nəvai Bakirov əslən azərbaycanlıdırlar.

Onlar bütün mahnıları rus dilində ifa edirlər. Bununla belə, hip-hop barədə “The Flow” portalının redaktoru Nikolay Redkinin fikrincə, HammAli & Navai yaradıcılığının özünəməxsus stili var.

Redkin əmindir ki, MDB ölkələrində repin rus dilində ifa olunması bu sahənin inkişafı üçün vacib amildir:

“Yeni auditoriyaya və bazarlara çıxmaq üçün Mərkəzi Asiyadan və ya Qafqazdan olan reperlər azı rus dilini bilməlidirlər. Ana dilində rep yaxşıdır, lakin bu ifaçını məhdudlaşdırır”. 

Azərbaycanın rus dilli “Kaspisyskiy qruz” rep qrupunun üzvü, Brutto ləqəbi ilə çıxış edən Timur Odilbekov repin doğma dildə ifasının – nə qədər şirin səslənməsinə baxmayaraq, ancaq ölkə daxilində tələbatı ödədiyini deyib:

“Keçmiş sovet respublikasının sərhədlərindən kənarda rus dilinə keçmək məcburiyyətində qalınır”.

“Qafqazda özünəməxsus milli musiqilər məşhurdur. Yerli folklor anlaşılan və tələb olunandır. Rep isə mahnıların mətninin musiqidən daha vacib olduğu mənalı yaradıcılıqdır. İnsanların az bir qismi Azərbaycan dilində rep dinləyər. Rep yazanlar bunu rus dilində edirlər”, – deyə Brutto əlavə edib.