Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə
çağrılıb.
Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə
heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının
sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin
Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etməsi,
habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional
konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa
qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib”, – deyə
diplomatik qurumdan məlumat verilib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab
olaraq Rusiya tərəfi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona
non-qrata” elan edir”, – deyə Rusiya XİN-dən qeyd edilib.
Mənbə: TASS