Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur
İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri
seçilib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Anton Filatov xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir.
Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün açıqlanan
bəyannamələr rüşvətxorluqda ittiham olunan müdafiə nazirinin müavini Timur
İvanovun sərvətini üzə çıxarıb.
Bu müddət ərzində o, həyat yoldaşı ilə 1,5 min kvadratmetrdən çox sahəsi olan
bir ev, nadir bir limuzin və bir neçə bahalı avtomobil əldə edib. İndi İvanov
külli miqdarda rüşvət almaqda ittiham olunur.
Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu
generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və
daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.
Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya
müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.
Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini
vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun bir milyard rubldan çox məbləğdə
rüşvət aldığı bildirilir.
Mənbə: iz.ru