Rusiya nümayəndəsi BMT-də mahnı oxudu

Baxış sayı: 3. 105 dəfə baxılıb.

Rusiya nümayəndəsi BMT-də mahnı oxudu

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT-də mahnı oxuyub.

RİA Novosti xəbər verir ki, diplomat “Qələbə mahnıları” layihəsi haqqında filmin təqdimatı zamanı ifaçılıq bacarığını nümayiş etdirmək qərarına gəlib.

Bildirilir ki, Nebenzya mahnını “Soprano” art-qrupunun qadın solistləri ilə birlikdə oxuyub və rəqs edib.

Nebenzya “Qələbə mahnıları” layihəsini sərhədsiz mədəni diplomatiya adlandırıb.