01ae6a00-4ff9-42f0-af8b-634f5f25bf35..jpg

Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar – VİDEO

Baxış sayı: 702 dəfə baxılıb.

Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar – VİDEO

Rusiya ilə Ukrayna arasında 1 ilə yaxındır davam edən müharibə nəticəsində
qəzalı vəziyyətə düşməsinə baxmayaraq, Lisiçanskdakı musiqi məktəbində dərslər
davam edir.

Skripka müəllimi Yelena Şarıgina bildirib ki, Rusiya ordusunun ötən ilin
yayında məktəbə endirdiyi zərbələr nəticəsində xəsarət alan olmayıb.

“Təbii ki, bu, məqsədli hücum olub. Zərbə nəticəsində məktəbin üç sinif otağı
tamamilə məhv edildi. Xoşbəxtlikdən hadisə baş verən gün biz burada olmamışıq”,
– deyə o qeyd edib.
Fortepiano müəllimi Lyudmila isə qeyd edib ki, şagirdləri mövcud vəziyyətə
baxmayaraq, dərsləri bundan sonra da dayandırmaq fikrində deyillər.

Valideynlər isə bildirib ki, uşaqların evdə dərs keçməsi üçün şərait son
dərəcə ağırdır. Məlumat üçün bildirək ki, Luqansk vilayətinin Lisiçansk şəhəri
ötən il iyulun 3-də Rusiya ordusunun nəzarətinə keçib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Source link