Rusiya paytaxtında “pul yağışı”: İnsanların üzərinə milyonlar “yağdı” –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın paytaxtı Moskvada yerləşən gecə klubunda insan izdihamının üzərinə
“yağış” şəklində milyonlarla rubl pul səpələnib.
Bu barədə “SHOT” “Telegram” kanalında videogörüntülər paylaşılıb.
“SHOT”un hesablamalarına görə, rusiyalı bloqer Mellstroy (Andrey Burim)
Moskvanın mərkəzindəki klubda təxminən 7 milyon rublu (129 min manata yaxın)
səpələyib. Əvvəlcə qonaqların başına “pul yağıb”, şənliyin sonunda isə bloqer
bütün stolların pulunu ödəyib.
“Telegram” kanalın daha əvvəl yaydığı məlumatda bildirilib ki, Mellstroy
Moskvaya gələndən sonra bir neçə dəbdəbəli avtomobil alıb. O, Moskvanın
mərkəzindəki dayanacaqda “BMW M5 Competition”, “Lamborghini Huracan”, “Bentley
Mulsanne”, “Ferrari” və “Hummer” avtomobillərinə baxış keçirib. Bloqerin
sözlərinə görə, bütün bu avtomobillər ona 170-180 milyon rubla (3 milyon
manatdan çox) başa gəlib.