Rusiya plastik torbalardan yanacaq hazırlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Novosibirsk Dövlət Universitetinin alimləri Yaroslavl Milli
Ekologiya Şirkətinin mütəxəssisləri ilə birgə plastik tullantılardan yanacaq
yaradıblar.
Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
“Biz ilk təcrübələrə ümumi və tanınmış sistemlərlə başlamağı təklif etdik. Bu
alüminium oksid daşıyıcısında nikel-molibden katalizatorlarıdır”, – deyə
universitetin kiçik elmi işçisi Yekaterina Vorobyova bildirib.
Mütəxəssislərin fikrincə, sintetik yanacağın prototipi təkrar emal olunmuş
plastik torbalardan əldə edilib. Onlar 600 dərəcəyə qədər temperaturda pirolizə
məruz qalıb və tərkibində çoxlu miqdarda çirkləndirici olan karbohidrogen
qarışığı əldə edilib. Bundan sonra xammal xüsusi texnologiya ilə emal olunub.
Nəticədə alimlər mühərrik yanacağının iyi olan və demək olar ki, tərkibində
kükürd olmayan, daxiliyanma mühərriklərində istifadəyə yararlı olan şəffaf maye
əldə edə biliblər.
Mənbə: gazeta.ru