Rusiya prezidenti Ukraynaya xəbərdarlıq etdi

Rusiya prezidenti Ukraynaya xəbərdarlıq etdi

Baxış sayı: 2. 871 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin Ukraynanı futbol üzrə dünya çempionatından Donbasa hücum üçün istifadə edəcəyi təqdirdə dağılmaqla təhdid edib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bununla bağlı ənənəvi illik mətbuat konfransında danışıb. 

Yarış dövründə hazırlanan fəal döyüş əməliyyatları haqqında yazıçı Zaxar Prelipin məlumat verib. 

“Əgər bu baş versə, düşünürəm ki, bunun bütövlükdə Ukrayna dövlətçiliyi üçün çox ağır nəticələri olacaq”, – rus prezident deyib. 

Putin ümidvar olduğunu bildirib ki, Ukrayna hökumətinin bu təxribatı baş tutmayacaq. 

Rusiya lideri qeyd edib ki, son vaxtlar dinc sakinlərin atəşə tutulması halları artıb və bunu ATƏT-in müşahidəçiləri də təsdiqləyib. 

“Fikrimcə, Ukrayna yeni siyasi mərhələyə keçməklə vəziyyəti qəlizləşdirir”, – Putin əlavə edib.

www.ÇıxışYolu.Com