603dcf2d-be24-4963-85f4-60f7ea9fba8b.jpg

Rusiya Prezidentinin köməkçisi: “ABŞ və Qərb Cənubi Qafqaza nüfuz etməyə çalışır”

Baxış sayı: 240 dəfə baxılıb.

“ABŞ və bir sıra Qərb dövlətləri Rusiya Federasiyasının fəal iştirakı ilə
hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın
işlərinə qarışmağa çalışırlar”.

Cixisyolu.com xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri
Uşakov deyib.

“Birləşmiş Ştatlar və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan
arasında sülh müqaviləsi üzərindəki iş prosesinə nüfuz etməyə çalışırlar. Biz
hesab edirik ki, bütün ilkin işlər artıq Moskvada görülüb. Ermənistan və
Azərbaycan arasında hətta ikitərəfli danışıqların iştirakçıları belə bütünlüklə
Qərbin bu rolunu və danışıqlar prosesinə daxil olmaq cəhdlərini alqışlamırlar”,
– diplomat deyib.

“Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır və
təəssüf ki, bu missiya genişlənir”, – deyə Uşakov bildirib.

Source link