235baf4b-a49e-42d5-a9ce-9e0bd910a7be..jpg

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir – FOTO

Baxış sayı: 467 dəfə baxılıb.

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi
hələ də gecikir – FOTO

Artıq ikinci gündür ki, Bərdə şəhərində gözləyən ərzaq dolu yük avtomobili
ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə
çatmalı idi.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hələ də keçid baş tutmayıb.

Ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidinin ləngiməsinə
səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi
göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya
Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb. Eyni zamanda,
əldə etdiyimiz məlumata görə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin
yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç komitəsinin bir TIR-ı
hazır dayanır.

Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ
separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq
Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də Ağdam yolundan Əsgəran
istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz
önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri
qəbul etmək fikrindədirlər.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara
Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna
əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan
erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya
Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə
bir TIR ərzaq yükü göndərilib.

Source link