Rusiyanın dörd bölgəsində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Ekologiya və Təbbi Sərvətlər naziri Dmitri Kobılkin bildirib.
Nazir deyib ki, hazırda ən çətin vəziyyət İrkutsk vilayəti, Krasnoyarsk ərazisi, Saxa Respublikası və Buryatiyada müşahidə olunur.
Onun sözlərinə görə, yanğın sahəsi 2,7 milyon hektar ərazini əhatə edir ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.
D.Kobılkin hələ ki insanlar üçün təhlükəli vəziyyət yaranmadığını, lakin proqnoz verməyin çətin olduğunu bildirib.
Baş nazir Dmitri Medvedev isə qubernatorların təbii fəlakəti nəzarətdə saxlamalı olduğunu bildirib, Ekologiya və Təbii Sərvətlər nazirinə vəziyyəti qiymətləndirmək üçün bölgəyə yollanmasını tapşırıb.