Rusiya səfiri ABŞ rəhbərliyinə nota göndəriləcəyini dedi: “Bir neçə dəqiqə
vaxtım olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya diplomatları ABŞ hakimiyyətinə nota göndərəcəklər.
Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bəyanat verib.
Məlumata görə, buna səbəb prezident seçkisində səsvermə günü Rusiyanın
Vaşinqtondakı səfirliyində ABŞ Dövlət Departamentinin məxfi xidmətinin
hərəkətləri olub.
Səfirin sözlərinə görə, məxfi xidmət Rusiya səfirliyinin girişini bağlayıb və
səsverməyə gələn Rusiya vətəndaşları üçün maneələr yaratmağa çalışıb. Həmçinin
təxribatçılar tərəfindən ajiotaj hallarına da yol verilib.
“Həm Ağ Evdə, həm də Dövlət Departamentində keçirilən görüşlərdə, müntəzəm
görüşlərdə, şübhəsiz ki, səfirliyin təhlükəsizliyi ilə bağlı ən sərt etirazımı
bildirmək üçün bir neçə dəqiqəm olacaq”, – deyə diplomat vurğulayıb.
Mənbə: NEWS.ru