19ab1451-6ff8-44f1-af19-bda3334c7273..jpg

Rusiya səfirinə sui-qəsddə iştirak edən vacib şəxs saxlanılıb

Baxış sayı: 380 dəfə baxılıb.

Rusiya səfirinə sui-qəsddə iştirak edən vacib şəxs saxlanılıb

Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlovun
həyatına sui-qəsddə iştirak edən vacib şəxs Türkiyədə ələ keçirilib.

Məlumata görə, İstanbul polisinin şəhərin Avropa hissəsində Beylikdüzü
ərazisində keçirdiyi əməliyyat zamanı Karlova sui-qəsd işində iştirak edən
vacib şəxsi saxlayıb. Şübhəli şəxsdən mobil telefon, iki SİM kart, SİM kartlar
üçün cihaz və yaddaş kartı götürülüb.

Qeyd edək ki, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri
Andrey Karlova qarşı sui-qəsd 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin
paytaxtı Ankara şəhərində baş verib.

Mənbə: Lenta.ru

Source link